Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 16-da saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Digər xəbərlər
loading...