“WhatsApp” messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb
İKT.lent.az-ın newsler.ru saytına istinadən məlumatına görə, artıq “WhatsApp”ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək.
Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun “WhatsApp” istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.
Qeyd edək ki, belə bir funksiya “Skype”dan başqa “WhatsApp”ın heç bir analoqunda mövcud deyil.
Digər xəbərlər
loading...