Tehran ABŞ-ın “Birgə hərtərəfli tədbirlər planını” (İranın nüvə proqramı ilə bağlı İranla “5+1” dövlətlər qrupu arasında bağlanmış siyasi saziş – red.) ləğv edəcəyi təqdirdə atılacaq cavab addımlarının ssenarisini hazırlayıb
İran tərəfi artıq bu barədə Moskvanı məlumatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.
“İran, əlbəttə ki, Rusiya və Çinlə, həmçinin bir sıra Avropa ölkələri ilə qarşılıqlı əlaqə yaratmağa çalışacaq, birgə hərtərəfli tədbirlər planının qorunub-saxlanılması üçün əlindən gələni edəcək. Ancaq o pozulsa, əlbəttə ki, İranın öz tədbir ssenariləri var. İranın konkret cavab tədbirləri artıq hazırdır”, - deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, Tehran bu potensial ssenarilər barədə Rusiya tərəfini məlumatlandırıb.
Digər xəbərlər
loading...