Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna nazizədliyini təsdiqləyib
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu parlamentin təmsilçisi bildirib.
“Fevralın 6-da Dağıstan başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasiliyev Artyom Zdunovun baş nazir postuna namizədliyini parlamentə təqdim edib. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər”, - parlamentin təmsilçisi bildirib.
Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Dağıstanın keçmiş baş naziri Abdusamad Qamidov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
Digər xəbərlər
loading...