Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir
DİN-in mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, aşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.
Digər xəbərlər
loading...