Azərbaycanda yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, bütün hüquqi və fiziki şəxslər, dövlət qurumları da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə zəruri tədbirlər görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunacaq
Bu, prezident İlham Əliyev tərəfindən təqdim olunan və Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, bütün hüquqi və fiziki şəxslər, dövlət qurumları da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə zəruri tədbirlər görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə cərimələnəcək. Bu halda vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək. (apa)
Digər xəbərlər
loading...