Almaniyada bir müddətdir davam edən hökumət böhranı başa çatıb
Axar.az xəbər verir ki, bu barədə “Xəbərtürk” yazıb.
Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı ilə Martin Şultsun rəhbərliyi altındakı Sosial Demokratlar Partiyası arasında koalisiya hökuməti qurulması barədə razılıq əldə olunub.
Qeyd edək ki, sentyabrın 24-də Bundestaqa keçirilən seçkilərdə partiyalardan heç biri hökuməti formalaşdırmaq üçün lazım olan səs çoxluğu qazana bilməyib. Riyazi olaraq ölkədə iki çoxluq hökuməti formalaşa bilərdi. Bu ya ASDP ilə Xristian-demokratik və Xristian-sosialist İttifaqı Bloku (XDİ/XSİ) və yaxud tərkibində XDİ/XSİ, Yaşıllar və Azad Demokratik Partiyanı birləşdirən “Yamayka” koalisiyası olmalı idi.
***
Almaniya Sosial Demokrat Partiyasının rəhbəri Martin Şults Almaniya xarici işlər naziri təyin olunacaq.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qəzet, həmçinin, Maliyyə Nazirliyinin də sosial-demokratlara veriləcəyini bildirib. Belə ki, bu vəzifəni Olaf Şoltsun tutacağı vurğulanıb.
Digər xəbərlər
loading...