Əməkdar artist Cavanşir Məmmədova cadu olunub
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Hər şey daxil” verilişində deyib. O bildirib ki, evindən cadu tapıb:
“Evdən düşəndə gördüm ki, blokumuzda işığın arasında bir bükülü yazı var. Onu açdım, oxuya bilmədim. Ərəb dilində nəsə yazılmışdı. Yoldaşıma verdim ki, mollaya göstərsin. Bu, mənə olunmuş bir cadu idi. Mənə cadu etmişdilər”.
C.Məmmədov yuxularından söz açıb. O, yuxuda gördüyü hər şeyin çin olduğunu söyləyib:
“Yuxuda nə görürəmsə, aşkar olur. Yuxuda gördüm ki, maşınımı əzmişəm. Həmin gün küçəyə çıxmadım. Gecə saat 2-də çıxıb getdim gül dükanına. Bir də onda xəbər tutdum ki, maşınımı vurublar. Bir sözlə mənə hər şey yuxuda bəlli olur”.
Digər xəbərlər
loading...