Bu gün Neftçala rayonunun Aşağı Surra kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kənd sakinləri olan ər-arvad, 1986-cı ildə anadan olmuş Quliyev Allahverən Həkimxan oğlu və 1993-ci ildə anadan olmuş Quliyeva Şahruzə Seyidqulu qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılan ər-arvada tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Onların yaxın saatlarda xəstəxanadan ambulator müalicəyə buraxılacaqları gözlənilir.
Əldə etdiyimiz məlumata görə, heyvandarlıqla məşğul olan ailə kəndin kənarındakı fermada yaşayır. İlkin məlumata görə, zəhərlənməyə səbəb qaz sobasının düzgün quraşdırılmadığı üçün dəm qazının evə dolması olub.
Digər xəbərlər
loading...