Aşkarlanan yeni dəhşətli faktlar beynəlxalq qalmaqal yaradıb
Suriya diktatoru Bəşər Əsədin dinc əhali üzərinə atdığı içi zəhərli qazla dolu olan raketlərdə Almaniya istehsalı olan izolyasiya materialı aşkar edilib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetində, jurnalist Yulian Röpkenin məqaləsində məlumat verilib.
Röpkenin yazdığına əsasən, söhbət raket istehsalı üçün nəzərdə tutulan “elektrokardon” olaraq bilinən elektrik izolyasiya materiallarından gedir. Həmin material Almaniyanın Baden-Vütemberq federal əyalətində yerləşən “Krempel” şirkəti tərəfindən istehsal olunub.
“Bild” bununla bağlı ifşaedici faktlara “STJ” hüquq müdafiə təşkilatının və “Billingcat” platformunun köməyi ilə əldə edib.
“Partlayışdan sonrakı fotolarda raket qalıqlarında şirkətin loqotipi və üstəlik üzərindəki “Made in Germany” yazısı aydın görünür, - müəllif yazır.
Şirkət özü yazarın sorğusunaverdiyi cavabda həqiqətən “Pressspan PSP 3040” elektrokardonunun İrandakı bir alıcıya göndərdiyini etiraf edib. “Bu bir daha İrana ixrac olunan mallara nəzarətin möhkəm olmadığını göstərir”, - məqalədə deyilir.
Qəzəetin xəbərinə görə bu ilin yanvarın 22-də Dəməşq yaxınlığında yerləşən və üsyançıların əlində anklav ərazi kimi qalan Duma şəhərinə atılan zəhərli xlor qazı ilə təchiz edilmiş bombanın partlaması nəticəsində uşaqlar daxil olmaqla 21 insan ağır zədə alıb. Fevralın 1-də həyata keçrilən qaz hücumunda isə 3 dinc sakin ağır şəkildə zəhərlənib.
Böyük Britaniyann “Billingcat” saytından Elliot Higginsin sözlərinə görə, qaz hücumları İran istehsalı olan 107 mm-lik raketlərlə həyata keçirilib. “Bu zaman adi raket başlığı dəyişdirilərək böyük qaz silindri ilə əvəz edilib. Həmin silndirlərdəki nişanlar də istehsalolunduğu ili göstərir - 2016-cı il. Yəni bu materiallar buraya münaqişənin qızışdığı vaxt göndərilib”, xəbərdə deyilir.
STJ təşkilatının baş direktoru Bassam Ələhmədin sözlərinə görə, təşkilatın əməkdaşları artıq hadisə yerinin özünə gedib və raketlərin qalıqlarını incələyiblər. Onlar materialların üzərinə “Made in Germany” yazısının tapıldığını təsdiqləyiblər.
“Krempel GmbH” şirətinin rəhbəri Uve Assmut firmasının məshullarından “döyüş silahı” kimi istifadə olunmasından heyrətləndiklərini bildirməklə və bu cür hücumları qınadıqlarını söyləməklə kifayətlənib.
Assmutun sözlərinə görə, Presspan PSP 3040 İrandakı 2 kiçik şirkətə ixrac olunurmuş. Onar bunun üçün Defderal iqtiadi idarə və ixracat nəzarəi idarəsindan icazə alıblar. Şrkət nümyəndəsiin sözlərnə görə bəhs edilən material məişət avadanlıqlarına qurşadırılan kiçik mühərrilərdəvə avto təmir dayanacaqlarında aqreqatlarda istifadə olunur.
“Yaşıllar” Partiyasının xarici məsəələr üzrə eksperti Ümid Nuriipur ikili yəni həm mülki, həm də hərbi məqsədlərlə istifaə oluna bilən məhsulların İrana ixracatı məsələsində hökuməti konkret addım atmağa çağırıb.
Digər xəbərlər
loading...