Tayvanın Hualyan rayonunda baş verən zəlzələ nəticəsində azı 4 nəfər həlak olub, 225 nəfər xəsarət alıb, 145 nəfər isə itkin düşüb
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hazırda 1,3 min mütəxəssisin cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.
Yeraltı təkanlar fevralın 6-da yerli vaxtla gecə saat 23:50-də Hualyan rayonunun sahillərində qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 11 kilometr dərinlikdə yerləşib. Bundan sonra seysmoloji mərkəz 4,5 baldan yuxarı azı beş afterşok və 5,2 bal gücündə daha iki afterşok qeydə alıb.
İlkin məlumata görə, güclü yeraltı təkanlar nəticəsində onlarca bina dağılıb, körpülər zədələnib, yol örtüklərində çatlar yaranıb. Rayonun müxtəlif yaşayış məntəqələrində 40 mindən çox mənzilin su, 700-dən artıq binanın isə elektrik təchizatı kəsilib.
Təbii fəlakətdən ən çox Hualyan şəhəri zərər görüb. Burada 3 otel və restoran, 2 yaşayış binası və hərbi hospital dağıntılara məruz qalıb. Ən təhlükəli vəziyyət “Marshal” otelində yaranıb. Aşağı mərtəbələri dağılmış və yanı üstə 45 dərəcə əyilmiş otel binasından indiyədək 120 nəfər təxliyə olunub. Binada nə qədər insanın qaldığı isə məlum deyil.
Digər xəbərlər
loading...