Ankara Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatları Vaşinqtonla müzakirə etməyə lüzum görmür, belə ki, həmin bölgədə amerikalı hərbçilər yoxdur
Bunu TGRT-in efirində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Afrində amerikalı hərbçi yoxdur. Ola bilər ki, orada ara-sıra ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olur.
Buna görə Afrin mövzusunu ABŞ-la müzakirə etməyə lüzum görmürük”, - deyə Çavuşoğlu bildirib.
Türkiyəli ali diplomat Vaşinqtonu bir daha YPG qüvvələrinin silah-sursatla təchizatını dayandırmağa çağırıb.
“Pentaqon Suriyada terrorçuları silahlandırmamalıdır. Türkiyə-ABŞ münasibətlərini zərbə altına qoymaq lazım deyil. Bir halda ki biz müttəfiqik, ABŞ mütləq bu addımı atmalıdır.
Onlar bunu etməsə, bu təhlükəni aradan qaldırmasa, bu təhdidi özümüz yox etməliyik”, - deyə nazir bildirib.
O qeyd edib ki, Türkiyə ABŞ-a bel bağlaya bilməz, çünki Vaşinqton Ankaraya Suriya ilə bağlı verdiyi vədlərin üstündə durmur.
“Bizim ABŞ-ın götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləməyə ixtiyarımız var. Onlar YPG-ni Mənbicdən kənarlaşdırmalı, YPG ilə əlaqələri kəsməlidir”, – deyə Çavuşoğlu vurğulayıb.(virtualaz.org)
Digər xəbərlər
loading...