Bitkoinin dəyəri 7,7 min dollara qədər düşüb
“Bloomberg” analitiklərinin rəyinə görə, bitkoin bir neçə həftə aşağı səviyyədə qalarsa, mədənçilər bazarı tərk edəcəklər.
Səbəb bitkoinin istehsal xərclərinin yüksək olmasıdır. Hətta qeyd edilir ki, sənayenin ən məhsuldar istehsalçıları bitkoinin 3 min dollar səviyyəsinə qədər dözüm nümayiş etdirə bilərlər. Hazırda mədənçilərin əksəriyyəti zərərdədirlər.
İtirən təkcə mədənçilər deyil. Kriptovalyuta bazarının iştirakçıları da itkilərlə üzləşiblər.
“Köpüy”ün partlaması ilə bağlı Oxu.Az-ın suallarını “ForkLog Consulting” şirkətinin yaradıcısı, ukraynalı ekspert Anatoli Kaplan cavablandırıb.
– Ötən il 20 min dollara qədər yüksələn bitkoin 6 min dollara qədər ucuzlaşdı. Buna “köpüy“ün partlaması demək olarmı?
– Hazırda fond birjalarında bütün indekslər rekord səviyyədə ucuzlaşıb. Buna görə də bitkoinlə bağlı “köpük” ifadəsini doğru hesab etmirəm.
Yaranmış vəziyyət maliyyə bazarları üçün normaldır. Artımdan sonra daim bazarda korreksiya baş verir. Yeganə dəyərli “aktiv” sizin vaxtınızdır.
– 2017-ci ilin əvvəlində bitkoin 1000 dollardan aşağı idi. Bu kriptovalyuta bir il əvvəlki qiymətini yeniləyəcəkmi?
– Niyə bitkonin 17 min dollar olan dəyərini deyil, 1000 dollar səviyyəsini irəli sürürsünüz? Bitkoin 1000 dollara qədər ucuzlaşarsa, bu kriptovalyuta almaq üçün yaxşı şans ola bilər.
Bazarın aktivliyini və məlumatları nəzərə alsaq, satış artıq başa çatmaq üzrədir.
– Kriptovalyuta bazarında baş verənlərin bankların bu bazara təzyiqi kimi dəyərləndirmək olarmı?
– Bankların təzyiqi mədduddur. Əlbəttə ki, bunun da öz nəticələri ola bilər, amma banklar kriptovalyuta kimi bazarlara strateji planlaşdırmış hücumlarla məşğul olmayacaqlar.
Onlar ilk növbədə özləri və tənzimləyiciləri arasında münasibətləri aydınlaşdırmalıdır.
Digər xəbərlər
loading...