Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
Dəyişikliyə əsasən, terrorçuluğun malyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, 2017-ci il 14 aprel tarixində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
Layihə qeyd edilən qanunun icrası məqsədilə hazırlanıb.
Maddənin həmin bəndinə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.
Dəyişikliklər Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. (trend)
Digər xəbərlər
loading...