Yaponiya kralı Akihitonun ən böyük nəvəsi şahzadə Makonun toyu təxirə salınıb
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şahzadə Makonun Yaponiya mediasına verdiyi yazılı açıqlamada mart ayında keçiriləcək nişan və noyabrdakı toyun təxirə salındığı bildirilib. O, nişanlısı ilə evlilik barədə daha dərin düşündüklərini və hazırlıqlara daha çox vaxt ayırmaq istədiklərini, bu səbəblə toyun azı 2020-ci ilə qədər təxirə salındığını vurğulayıb.
Qeyd edək ki, Mako ötən ilin sentyabrdında Tokio Milli Xaçpərəst Universitetində birgə oxuduğu Key Kamuro ilə evlənəcəyini açıqlamışdı. Kral nəvəsinin bu nikahı baş tutsa, o, sadə biri ilə ailə qurduğu üçün "şahzadə" statusunu itirəcək.
Digər xəbərlər
loading...