Cari ilin əvvəlindən bu günə qədər Azərbaycan ərazisində 170 xırda yeraltı təkan qeydə alınıb
Bu barədə AzVision.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, ölkədə gün ərzində 6-7 xırda təkan baş verir.
“İl ərzində xırda təkanlar çox olur. Bu, onu göstərir ki, parçalanmalar baş verir və enerji boşalması gedir. Narahatçılıq o zaman yaranır ki, vaxtilə güclü zəlzələlər olan zonada seysmik sakitlik yaranıb və heç bir dəyişiklik yoxdur. Bu, daha böyük dəhşətdir, nəinki xırda təkanların olması. İl başlayandan bu günə qədər Azərbaycanda 3 baldan yuxarı 4 zəlzələ qeydə alınıb”.
Digər xəbərlər
loading...