Poltavada yerli “Qromadsk TB”nin jurnalisti Anatoli Melejika bu gün öz mənzilində intihar edib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, jurnalist özünü asamazdan əvvəl sosial şəbəkədə vida məktubu yazıb.
Bunu oxuyandan sonra əməliyyatçılar Melejikanın evinə gəliblər, onlar qapını sındırıb içəri girəndə onun meyitini aşkar ediblər.
“Avtomobil, noutbuk, şəxsi hesabımdakı 10 min qrivnanı və nəyim varsa hər şeyi Lyudmila Qudzaya vəsiyyət edirəm”, - jurnalist intihardan əvvəl yazıb.
“Siz bu sözləri oxuyanda, mən artıq bir saat əvvəldən sağ olmayacağam, ona görə tələsməyə bilərsiniz, məni artıq xilas edə bilməyəcəksiniz”, - jurnalistin Facebook səhivəsində belə məzmunlu yazı da olub.
O, öz yazısında “Qromkadsk TB. Poltava”nın redaktorunu da ölümündə günahkar bilib.
“Qromadsk TB”nin rəhbəri Boqdan Zvyaqolski isə deyib ki, jurnalist 20 min qrivna mənimsəməkdə təqsirkar bilinirdi.
Poltava vilayəti polisinin rəhbəri Oleq Bexanın sözlərinə görə, ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
"Milli Yol"
Digər xəbərlər
loading...