Neftçala rayonunda qızıl-zinət əşyaları oğrulayan şəxs saxlanılıb
“Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhər sakini, Elşən Musa oğlu Dünyamalıyev polis şöbəsinə gələrək evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyaları oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib. Araşdırma zamanı müəyyən edilib ki, naməlum şəxs və ya şəxslər özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə E.Dünyamalıyevin Neftçala şəhəri 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin pəncərəsinin şüşələrini sındırma və çıxarmaqla pəncərədən evə qanunsuz daxil olaraq evin yataq otağından şüşə bankadakı qızıl-zinət əşyalarını oğurlayaraq ev sahibinə 3940 manat dəyərində maddi ziyan vurublar.
Keçirilən əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hadisəni Neftçala şəhər sakini, 1995-ci il təvəllüdlü İdrak Əlitürbə oğlu Məmmədov törədib.
Polisin keçirdiyi əmliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov saxlanılıb və oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər xəbərlər
loading...