Dağıstan Respublikasının sabiq təhsil naziri Şahabbas Şaxov həbs edilib
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Moskvanın Basmannı rayon məhkəməsi korrupsiya ittihamı ilə Şahabbas Şaxovun aprel ayının 5-dək həbs edilməsi barədə qərar çıxarıb. Eks-nazir ittiham üzrə özünü təqsirli saymayıb.
Qeyd edək ki, Dağıstan Respublikasında hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev, Rayudin Yusufov və digər vəzifəli şəxslər korrupsiya ittihamı ilə saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi barədə cinayət işi açılıb.
Digər xəbərlər
loading...