“Sona qədər mübarizə aparacağıq”
“Ağ Partiya Azərbaycanda növbədənkənar Prezident seçkilərində iştirak edəcək”.
Bunu AzNews.az-a partiyanın başqanı Tural Abbaslı deyib. Onun sözlərinə görə, partiya olaraq, prosesə qoşulub, sona qədər mübarizə aparmağa çalışacaqlar:
“Düzdür, vaxtın gözlənilmədən önə çəkilməsi bizim planlarımızı yarımçıq qoydu və işlərimizi xeyli ağırlaşdırdı. Çünki biz iş planımızı oktyabra uyğun tərtib etmişdik və bu istiqamətdə işləyirdik. Bununla belə, biz yenə də prosesə qoşularaq sona qədər mübarizə aparmağa çalışacağıq. İmzatoplama mərhələsi ən ağır mərhələdir. Çalışacağıq, 40 min imza toplayıb, MSK-ya təhvil verək. Əzmlə işləyəcəyik, bacarıb-bacarmayacağımızı isə təbii ki, zaman göstərəcək”.
Digər xəbərlər
loading...