Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı ilk iclası keçirilir
AzVision.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edir.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bununla bağlı ötən gün Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Digər xəbərlər
loading...