Müşfiq Ələsgərli: “İntihar xəbərləri yazılarkən detallı təsvirə yol vermək olmaz”
“Media qurumlarının fəaliyyəti həm rəsmi qanunvericilik, həm də peşə davranış kodeksləri ilə tənzimlənir. Azərbaycan jurnalistlərinin peşə davranış kodeksinin üçüncü prinsipi var ki, burada birbaşa intihar, kriminal hallar və terror hadisələrinin necə işıqlandırılması konkret olaraq müəyyən edilib”.
Publika.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr köməkçisi Müşfiq Ələsgərli Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.
M.Ələsgərli son aylarda getdikcə artan intihar hallarına münasibət bildirib. O, qeyd edib ki, media bu hallara həssas yanaşmalıdır: "Peşə davranış kodeksləri bizə tövsiyə edir ki, kriminal, xüsusilə, terror hadisələri və intihar halları haqqında materiallar dərc edərkən hadisənin detallı təsvirinə yol vermək olmaz. Burada intiharın necə, hansı vasitələrlə həyata keçirildiyi, hansı səbəblərdən baş verdiyi qeyd olunmamalıdır. Sadəcə informasiya verilməlidir ki, filan hadisə baş verib. Hətta bəzi hallarda faciənin qurbanı olan insanların adları belə qeyd edilməməlidir.
Jurnalistin yalnız xüsusi publisistik yazıları istisna olmaqla, digər yazılarında şəxsi fikri olmamalıdır. Yeganə olaraq kriminal hadisələrin informasiya şəklində çatdırılmasında mövqe bildirmək mümkündür. Buna da təbii ki, müəyyən çərçivə daxilində icazə verilir. Məsələn. intihar halları ilə bağlı məlumat verəndə şərait yaradılır ki, jurnalist belə halların pislənməsinə münasibət bildirsin. Yəni, biz intihar hadisələri ilə bağlı xəbər verəndə belə halların təşviqinə yox, pislənməsinə xüsusi fikrimizi bildirə bilərik”.
Digər xəbərlər
loading...