Parisdə kəskin hava şəraiti ilə əlaqədar şəhərin əsas turizm mərkəzi olan Eyfel qülləsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb
Bu barədə Eyfel qülləsinin "Facebook"dakı rəsmi səhifəsində elan edilib.
Bildirilir ki, qüllə yalnız restoranda yer rezerv etmiş turistlər üçün açıq olacaq. Qüllənin nə zaman tam fəaliyyətə başlayacağı məlum deyil.
Qeyd edək ki, Parisdə son iki gündür ki, güclü qarlı hava müşahidə olunur. Sinoptiklər yağıntının sabahadək davam edəcəyi proqnozlaşdırırlar. (trend)
Digər xəbərlər
loading...