“Biz Münbiçə torpaqları əsl sahiblərinə təhvil vermək üçün gələcəyik. Biz Amerikaya terror təşkilatlarına dəstək verməyin dedik”
Milli.Az xəbər verir ki, bunu AK Partiyanın iclasında çıxış edərkən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözügedən çıxışını təqdim edirik:
"İndi Afrin əməliyyatında, həmd olsun, zərərsiz hala gətirilən terrorçuların sayı 1000-ə çatır. Şəhidlərimiz də var. Amma bizim şəhidlərimizin bir də inancı var. İşimizi diqqətli yerinə yetiririk. Afrindəki bu əməliyyatlar qərarlı bir şəkildə davam edəcək. İdlibə kimi davam edəcək. "Nə zaman bitirəcəksiniz?" sualını verənlərə deyirəm ki, siz Əfqanıstandakı, İraqdakı hərbi əməliyyatları nə vaxt bitirəcəksiniz? 18 il tamam oldu, hələ də oralardasınız.
Bizim 911 kilometr sərhədimiz var. Terrorçularla döyüşdə 100-dən çox şəhid verdik. Bunu eşidirmi Amerika? Görürmü? Bizə çox şey danışdılar, amma düzünü demədilər. Cənab Obama da düz danışmadı, Tramp da eyni yolla gedir. "Münbiçdən çıxacağıq" dedilər. Çıxın da. Kimləri gətirdiniz ora? PYD-ni, ,YPG-ni, PKK-nı. Yerləşdirirsiniz, hələ üstəlik "Münbiçə gəlməyin" deyirsiniz. Biz Münbiçə torpaqları əsl sahibinə qaytarmaq üçün gələcəyik. Bu bölgədə bir şey ediləcəksə, gəlin NATO-da bir yerdə olduğunuz Türkiyə ilə birgə edin".
Digər xəbərlər
loading...