Moskvada (Rusiya) müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Şeremetyevo Hava Limanından Bakıya yerinə yetirilməli olan aviareys təxirə salınıb
“Report” xəbər verir ki, bu barədə uçuşu həyata keçirən “Aeroflot” aviaşirkəti Heydər Əliyev Hava Limanına rəsmi məktub göndərib.
Məlumata görə, təxirə salınan "SU-1854" reysi "Boeing-737-500" təyyarəsi ilə reallaşdırılmalı və təyyarə yerli vaxtla saat 14:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməli idi.
Qeyd edək ki, Moskvadakı güclü qar yağması ilə əlaqədar olaraq şəhər hava limanlarında 20 reys gecikib, 11 reys isə təxirə salınıb.
Digər xəbərlər
loading...