İrəvandan olan futbolçu Ermənistan ordusunda xidmət etməmək üçün İngiltərədən sığınacaq almaq qərarına gəlib
Axar.az xəbər verir ki, İngiltərənin “Uitçerç Alport” klubunun 23 yaşlı futbolçusu Ovik Nersesyan Ermənistan hökumətinin bir müddət öncə qəbul etdiyi qərarla razılaşmadığını açıqlayıb. Belə ki, o, hökumətin hərbi xidmətdən möhlət hüququnu ləğv etməsiylə Britaniyanı tərk etməli olduğunu, amma bunu etmək istəmədiyini söyləyib.
Ovik Nersesyan yerli KİV-ə müsahibəsində orduda xidmət etməklə həyatını təhlükəyə atmaq istəmədiyini və bu səbəbdən İngilətərədən siyasi sığınacaq istədiyini bildirib.
Digər xəbərlər
loading...