“Dayanıqlı İnkişaf Məqsədləri olduqca əhəmiyyətlidir. Dayanıqlı inkişaf hökumət və insanlar üçün çağırışdır. Burada qarşılıqlı məsləhətləşmələr vacibdir”
AzVision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri" adlı təlim kursunda çıxışında bildirib.
İshaqzai BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə bir sıra ölkələrin, həmçinin Azərbaycanın qoşulduğunu vurğulayıb:
"Əsas məqsəd dünyada yoxsulluğun azaldılması, təhsili dəstəkləmək, ana və uşaq ölümlərinin qarşısını almaqdır. Bura qoşulan ölkələr bu kimi problemlərlə mübarizə istiqamətində öhdəlik götürüblər. Bizim qarşımızda böyük gündəlik dayanır. Belə ki, 17 məqsədi həyata keçirmək üçün 13 il vaxt müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri özündə 169 hədəfi birləşdirib".
BMT rəsmisi bildirib ki, Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir: "Belə ki, Azərbaycan bu məqsədlərə nail olmaq üçün çox ciddi addımlar atır. Azərbaycan BMT-yə Yol Xəritəsinin hazırlanması prosesi üçün müraciət edib. Həmçinin, bu istiqamətdə ciddi təbliğat-təşviqat işləri həyata keçirilir".
Onun sözlərinə görə, Azərbaycanda dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atılır: “BMT Azərbaycanda dayanıqlı inkişaf üçün hökumətə dəstək verir, medianın inkişafını dəstəkləyir”.
Digər xəbərlər
loading...