Prezident Donald Tramp Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvlərini kəskin tənqid atəşinə tutaraq, "buna son qoyulmalıdır" deyib
Tramp Twitter səhifəsində yazıb: "Yüksək vəzifələrə can atan cılız Adam Şiff, Komi, Uorner, Brennan və Klapper kimi ən böyük yalançı və məlumat sızdırandır".
Prezidentə tvitlə cavab verən Şiff yazıb ki, prezident diqqətini saxta tvitlərdənsə, hökumətinə yönəltməlidir. Şiff yüksək səlahiyyətli hüquq-mühafizə rəsmilərinin 2016-cı il seçkiqabağı kampaniyalardan əvvəl və sonra araşdırma mahiyyətli səlahiyyətlərini aşdıqlarıma dair memorandumun açıqlanmasını tənqid edib.
Tramp isə respublikaçıların memorandumunu özünün bəraəti kimi qiymətləndirib. Demokatlar və respublikaçılar bu dəyərləndirməni səhv adlandırır. (Amerikanın Səsi)
MilliYol.Az
Digər xəbərlər
loading...