İqlim dəyişikliyi çərçivəsində tətbiq olunan qaydalarla əlaqədar neftə olan tələbat 2040-cı ilə qədər azala bilər
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil” məlumat yayıb.
Bildirilir ki, şirkətin səhmdarlarının keçən il iqlim dəyişikliyi üzrə yeni qaydaları dəstəklənməsi üzrə qərarından sonra bu qaydaların tətbiqi üzrə təsirlər qiymətləndirilib. Məlum olub ki, dünya neft istehlakı illik 0,4 faiz azalaraq 2040-cı ilə qədər gündəlik 78 milyon barrelə enəcək. “ExxonMobil”in bu proqnozu ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı gündəlik 98 milyon barrel səviyyəsində olan neft tələbatı proqnozundan təxminən 25 faiz azdır.
Bu məlumatlar illik 0,5 faiz olan qlobal təbii qaz tələbatının neftə görə daha təmiz yanacaq olduğunu göstərir. “ExxonMobil”in hesabatında günəş panelləri, külək turbinləri və digər bərpaolunan enerji mənbələri hesabına formalaşan tələbatın isə bu ssenariyə görə 2040-cı ilə qədər ildə 4,5 faiz artacaq.
Digər xəbərlər
loading...