LG şirkəti Çin bazarında smartfon satışını dayandırır
İKT.lent.az-ın “UberGizmo” nəşrinə istinadən məlumatına görə, şirkətin Çin bazarından getməsinə səbəb aşağı gəlirlərin və digər istifadəçilər tərəfindən təzyiqlərin olmasıdır.
Bildirilir ki, LG şirkəti 2017-ci ilin dördüncü rübünü uğurla başa vurub. Ancaq şirkətin mobil bölməsi 192 milyon dollar ziyanla başa vurması ilə bağlı hesabatını açıqlayıb. Şirkətdən bildiriblər ki, zərərlərin səbəbi Çin bazarında güclü rəqabətin olmasıdır. Bu səbəbdən Cənubi Koreya şirkəti özünün flaqman G6 və V30 modellərini Çin bazarına çıxarmayıb.
Çin smartfon bazarı həm yerli, həm də “Apple” və “Samsung” kimi xarici istehsalçılar üçün olduqca cəlbedicidir. LG şirkətinin problemləri barədə hələ ötən ilin əvvəlində məlumat verilib. O zaman brend hesabatında bildirib ki, şirkət Çində 2016-cı ildə cəmi 160 min smartfon sata bilib. Çox güman ki, istehsalçı digər bazarlara istiqamət götürəcək.
Digər xəbərlər
loading...