Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları respublikanın baş nazir vəzifələrini müvəqqəti icra edən Əbdüsəməd Həmidovu saxlayıb
Trend-in məlumatına görə, bundan başqa baş nazirin iki müavini – Şamil İsayev və Rayudin Yusifov da sorğu-sual üçün FTX-ya gətirilib. Qeyd olunur ki. əməliyyat çərçivəsində Dağıstanın keçmiş təhsil naziri Şahabas Şahov da saxlanılıb.
Saxlanılanlar dövlət vəsaitlərinin mənimsənilməsində və korrupsiyada şübhəli bilinir.
Digər xəbərlər
loading...