Vatikanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma-Katolik kilsəsinin başçısı Roma papası Fransisk arasında görüş keçirilib
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Pontifik türk liderini Apostol sarayının kitabxanasının girişində qarşılayaraq, onu italyan dilində, Türkiyə prezidenti isə pontifiki ingilis dilində salamlayıb.
Ərdoğan və Roma papası bir-birinin əlini sıxaraq, xatirə şəkli çəkdirib. Daha sonra təkbətək formatda mətbuata qapalı görüş keçirilib.
Vatikanda Türkiyə prezidentinin rəsmi qəbulu təntənəli şəkildə həyata keçirilib. Türkiyə dövlətinin başçısı və onun həyat yoldaşını Apostol sarayının önündə Roma papasının şəxsi katibi, arxiyepiskop Qeorq Qensvayn qarşılayıb.
Türkiyə lideri İtaliya paytaxtına bazar günü, axşam saatlarında gəlib. Veneto küçəsində yerləşən dəbdəbəli “Westin Excelsior” hotelinə yerləşib. Hotelin yaxın çevrəsi polis və karabinerlərin gücləndirilmiş nəzarətinə götürülüb, yaxınlıqdakı küçələrin giriş-çıxışları bağlanıb. Ərdoğan Romada təxminən bir gün qalacaq.
Digər xəbərlər
loading...