“Aprel ayın növbədənkənar prezident seçkisinin təyin edilməsi müxalifət olaraq bizim hazırlıq işlərimizə təsir edəcək”
Bu barədə musavat.com-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının prezidentliyə namizədi Əli Əliyev bildirib. O qeyd edib ki, növbədənkənar seçkiyə gediləcəyi gözlənilən idi: “Mən bu seçkini gözləyirdim. Eksklüziv olaraq da “Yeni Müsavat” qəzetinə təxminən 2 ay əvvəldən bildirmişdim ki, mart ayında və ya apreldə növbədənkənar seçkinin ola biləcəyi ehtimalı var. Qəfil növbədənkənar seçki əlbəttə ki, bizim planlarımıza təsir edən qərardır. Çünki iş planımız 9 aylıq tərtib olunmuşdu. İndi həmin həcmi 2 aya icra etməliyik. Resurslar da o müddətə hesablanmışdı. Lakin heç nə etmək olmaz. Sərəncam imzalanıb, qrafikə uyğunlaşmalıyıq. Hazırlıqsız yaxalanmamız faktdır və vaz keçilməzdir”.
Əli Əliyevin fikrincə, bu hadisəyə müxalifət adekvat olmağı bacarmalıdır, təmaslar sürətlənməlidir: “Müxalifətin təmasları intensivləşdirməsi, xalqla işləməsi zəruridir. Əks halda biz diktə olunan qaydalarla növbəti məğlubiyyətə doğru iri addımlarla qaçacağıq”.
Digər xəbərlər
loading...