Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları bu gün Kiyevdə yürüş keçirirlər
«112 Ukrayna» telekanalının məlumatına görə, tədbirdə bir neçə min adam iştirak edir.
Nümayişçilər prezident Pyotr Poroşenkoya impicment elan olunmasını və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bu zaman onlar, əllərində Ukraynanvn dövlət bayraqlarını və Ukrayna millətçilərinin bayraqlarını gəzdirirlər.
Məlumat üçün bildirək ki, Saakaşvili Ukraynada hakimiyyəti devirmək üçün Sergey Kurçenkonun pulları hesabına kütləvi etiralar təşkil etməkdə şübhəli bilinir. Kurçenko Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ətrafına daxil olan biznesmendir və hazırda Rusiyada yaşayır. Saakaşvili bu ittihamı rədd edir. (azpolitika.info)
Digər xəbərlər
loading...