Budaq Nəsirov Elnur Cəfərovun ardından daha bir azərbaycanlı futbolçu Portuqaliyada oynayacaq.
MilliYol.Az xəbər verir ki, ötən mövüm "Kəpəz"in şərəfini qoruyan Budaq Nəsirov artıq tanınmış Lissabon "Sportinq"inin oyunçusudur. Tovuz futbol məktəbinin yetirməsi olan Budaq bu gün dünya futboluna ulduzlar bəxş edən "Sportinq”lə 5 illik müqavilə imzalayıb.
Futbolçunun Portuqaliya təmsilçisi "Sportinq”ə keçidinə vasitəçi olan tanınmış FIFA meneceri Vaqif Heydərli açıqlamasında bildirib ki, futbolçunu Portuqaliyada çox yaxşı qarşılayıb, ona ümid etdiklərini bildirdilər.(futbol11.az)
Qeyd edək ki, Elnur Cəfərov bu yay Portuqaliyanın "Tondela" klubuna keçib. Ondan başqa daha bir azərbaycanlı futbolçu bu yay Portuqaliyaya üz tutub. Belə ki, Rusiya vətəndaşlığı daşıyan Emin Mahmudov "Boavişta" klubu ilə anlaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...