“Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit İfrat oğlu Məmmədovun saxta diplomla uzun illər yüksək vəzifəni icra etməsi bütün zərdablıları çox təcübləndirib. Çox qəribədir ki, hansısa müəmmalı səbəblərə görə maliyyə naziri Samir Şərifov subut olunmuş bu saxtakarlıq cinayətinə göz yumub heç bir tədbir görmək istəmir”
Bu sözlər Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlunun Tendensiya.com-a göndərdiyi müraciətdə əksini tapıb.
Rövşən Mirzəyev bildirir ki, Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov heç bir ali təhsil almayıb: “O, rayonda qarmon çalmaqla uzun müddət toylarda manıslıq edib. Birdən-birə qəfil gətirib onu Zərdab rayon Maliyyə İdarəsinə müdir müavini vəzifəsinə təyin etdilər. Bundan az sonra müdiri işdən çıxardılar deyə Sakit Məmmədov Zərdab rayon Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməyə başladı.Bu minvalla Sakit Məmmədov düz 6 ildir ki, Zərdab rayion Maliyyə İdarəsinin müdiri vəzifəsini icra edir. Sakit Məmmədovun ali təhsil almamasını və diplomunun saxta olmasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmən təsdiq edib.
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Zərdab rayon prokurorluğuna göndərdiyi 14.03.2015-ci il tarixli 139-d-15 saylı məktubunda göstərilib ki, “Zərdab şəhər sakini Məmmədov Sakit İltimas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-2014-cü il tarixlərdə ali və orta ixtisas təhsili müəssisələrinə keçiriliən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş abuturiyentlərin siyahısında aşkar edilməmişdir”.
Bu konkret və mötəbər subut əsas verir ki, Sakit Məmmədov nəinki Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməməlidir, həmçinin onun cinayət məsuliyyətinə cəlb edilməsinə zərurət var. Ancaq bu saxta diplomlu qarmonçalan müdir öz day-dayısının himayəsi altında Zərdab rayon Maliyyə İdarəsində müdir vəzifəsini qanunsuz icra etməklə dövlət büdcəsini talayıb kapital toplamaqla məşğuldur. Prezident İlham Əliyevin Zərdab rayonuna səfərindən sonra rayonun abadlıq, quruculuq işləri üçün dövlət büdcəsindən ayırdığı vəsaitin bir hissəsini mənimsəyən Sakit Məmmədov həmin dönəmdə özünə Zərdab şəhərində Qumluq qəsəbəsində böyük və möhtəşəm villa inşa etdirmişdir. Day-dayısının himayəsi altında saxta diplomlu müdir Sakit Məmədov Bakı şəhərində bir neçə mənzilə, sahibkarlıq obyektlərinə və bahalı avtomobillərə sahiblənə bilmişdir. Əvvəllər toylarda qarmon çalmaqla manıslıq edən Sakit Məmmədov ali təhsil diplomunu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən almışdır”.
Zərdab sakini iddia edir ki, Sakit Məmmədovun iki övladı da ataları kimi savadsız olduqları üçün test üsuli ilə ali məktəbə daxil ola bilmədikləri görə qaranlıq yollarla Koperasiya Unveristetinin məzunu olmuşdular: “Sakit Məmmədovun saxta əməlləri bununla bitmir. Zərdab rayonunda tikinti-təmir işlərinin aparılmasını ancaq saxta tenderlərlə qardaşı Qalib Məmmədovun MMC-si udub, küllü miqdarda dövlət vəsaitini bu yolla talan edirlər. Bu fakt araşdırılarsa tam subut olunacaq ki, tikinti-təmir üçün ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Nəticədə isə tikinti-təmir işləri keyfiyyətsiz aparıldığı üçün tezliklə yararsız vəziyyətə düşür. Sakit Məmmədovla qardaşı Qalib Məmmədova məxsus çoxlu sayda müxtəlif adda MMC-lər məxsusdur ki, saxta tender-MMC oyunlarında ancaq onların lahiyələri keçir.
Bütün zərdablıları təcübləndirən isə budur ki, Maliyə Naziri Samir Şərifov bu saxtakarlığa nə üçün göz yumub heç bir tədbir görmək istəmir. Sakit Məmmədovun ali təhsil alması barədə əldə etdiyi diplomunun saxta olması əgər rəsmi olaraq təsdiq edilibsə bu cinayət əməli hesab edilməli Sakit Məmmədovun barəsində cinayət işi başlanılıb ya həbsə ya da ki, əvvəlki kimi qarmonunu çalmağa göndərilməlidir. Min- bir əziyyətlə, savadla qanunu qaydada ali təhsil alıb halal diploma sahib olmuş savadlı cavan kadrlarımız işsiz qaldığı bir vaxtda bu qarmon çalan savadsız manısın saxta diplomla ali vəzifəni icra etməsi cinayətdir və biabırçılıqdır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və Maliyyə Naziri cənab Samir Şərifova müraciət ünvanlayıb çox-çox xahiş edirəm pul verib saxta diploma sahib olub yüksək vəzifəni icra edən Sakit İltimas oğlu Məmmədovun barəsində cinayət işinin başlanılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Digər xəbərlər
loading...