Ermənistanda nəşr olunan “Qraparak” qəzeti Ermənistan prezidenti Serj Sarksyanın Qarabağda hərbi əməliyyatlara başlamaq niyyətini açıqladığını yazıb. Qəzetin bildirdiyinə görə, Sarksyan deyib ki, Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə statusu ilə razı olmasa, Ermənistan müharibə etmək məcburiyyətində qalacaq". Qeyd edək ki, son günlər erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması halları da intensivləşib.
Ermənistan müharibəyə başlaya bilərmi? "Qaynarinfo.Az" Abununla bağlı hərbi ekspertlərin rəyini öyrənib.
Ekspert Üzeyir Cəfərov ermənilərin tez-tez təxribata əl atdıqlarını xatırladıb:"Üstəlik Ermənistanda yaşanan daxili sosial-siyasi problemləri nəzərə alsaq, onların növbəti dəfə təxribat törədə biləcəyini güman etmək olar. Sarksyan rejiminə qarşı hər an silahlı müqavimət baş verə bilər. O, öz hakimiyyətini qorumaq üçün istənilən yola əl ata bilər. İndiki halda isə, Sarksyan daxildəki problemlərdən diqqəti yayındırmaq üçün müharibə haqqında fikirlər səsləndirir, əhalini qorxu altında saxlamağa çalışır. Hamı bilir ki, Ermənistanın Azərbaycanla müharibə etmək şansı çox aşağı və zəifdir.
Bununla belə, Qarabağ münaqişəsinin tam şəkildə Azərbaycanın milli maraqlarına uyğun həll edilməsə istənilən an müharibə risqi mövcuddur. Ona görə də, biz hər zaman buna hazır olmalıyıq".
Hərbi ekspert Tərlan Eyvazov isə Ermənistanın Azərbaycanla böyük mənada müharibəyə başlamaq niyyətinin olduğuna inanmadığını deyib: "Əslində Ermənistanlın nə müxalifəti, nə də hakimiyyəti cəbhədə böyük miqyaslı əməliyyatların bərpa olunmasını istəməz. Sadəcə olaraq artıq Minsk qrupu üzvü olan dövlətlər sülh prosesinin intensivləşməsi tələb edir və Ermənistan dalana dirənmiş vəziyyətdədir. Ona görə də bu gün onlar yalnız hansısa xırda təxribatlara əl ata bilərlər. Ölkədə bu gün baş verən siyasi çevriliş cəhdi oyunbazlığının özü də buna xidmət edir".
T.Eyvazov deyib ki, Ermənistanda bir qrup müharibə veteranı Azərbaycanın aprel döyüşləri nəticəsində aldığı yüksəkliklərin də geri alınması arzusu ilə yaşayır:"Amma onların da içərisində ağıllı adamlar var, bilirlər ki, sözün əsil mənasında mügharibəyə başlamaq Ermənistana baha başa gələ bilər, Azərbaycanın müasir texnologiyalarla silahlanmış ordusunun qarşısında heç nə edə bilməzlər. Ona görə də mən düşünürəm ki, həm Sarksyanın çıxışları, həm də cəbhədə baş verənlər imitasiya xarakteri daşıyır, danışıqların vaxtının uzadılması niyyətinə xidmət edir".
MilliYol.Az
Digər xəbərlər
loading...