Müğənni Elza Seyidcahanın Səməd Vurğunu bəzi gənc yazarların tənqidindən müdafiə məqsəbi ilə yazdığı şeiri təqdim edir
Qoy nəğmə deməyə bülbül tələssin
Gəzdiyi, gördüyü üç aydır, şair
Sənin ki, kükrəyən ilhamın, səsin
Məcraya sığmayan bir çaydır, şair
Könlü qar gəzənlər tələssin dağa
Dağın tələsməsi, məncə, əbəsdir
Dənizlər can atsın ümman olmağa
Ümmanın öz suyu özünə bəsdir.
Qəlbin od gəzmədi şaxta kəsəndə
Söylədin, hər fəslin öz aləmi var
Dedin, tələssən də, tələsməsən də
Yenə öz vaxtında gələcək bahar
Gah oldu oylağın Göyəzən dağı
Sözünlə açıldı ayın qabağı
Əsil bayramını bayramqabağı
Elədi görəndə gözəllər səni
Sazına Vaqifin səsimi gəldi?
Səsindən baharın nəsimi gəldi
Alqışa Füzuli, Nəsimi gəldi
Eşqə gətirəndə qəzəllər səni
Tələsən atlılar yolda qalacaq
Aramla gedənlər çox getdi ancaq
Görməyə tələsdi səni bağça-bağ
Bənövşə üzəndə tələsmədin sən
kulis.az
Digər xəbərlər
loading...