Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı son hesabatı açıqlayıb
Hesabatda deyilir ki, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub.
Aviazərbələr nəticəsində 6 hədəf və 74 terrorçu məhv edilib.
Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 897 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.(Virtualaz.org)
Digər xəbərlər
loading...