Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,921.0 mln. manat, cəmi öhdəlikləri isə 24,211.8 mln. manat təşkil edib
Sektorun balans kapitalı 3,709.2 mln. manat, əhalinin əmanətləri isə 7,542.5 mln. manat olmuşdur. Dekabr ayında əhalinin əmanətləri 2.7% və ya 195.9 mln. manat artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,171 nəfər təşkil edib. Dekabr ayında sektorda filial və ATM sayının azalması əsasən "Dəmir Bank" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. "Dəmir Bank" ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.
31 dekabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Digər xəbərlər
loading...