Avropa Parlamenti Avropa Komissiyasını yay vaxtına keçidin ləğvi ilə bağlı təklif irəli sürməyə çağırır
UNİAN xəbər verir ki, müvafiq qətnamə fevralın 8-də Strasburqdakı plenar sessiya çərçivəsində səsverməyə qoyulacaq.
Qətnamə layihəsi Avropa Parlamentinin Nəqliyyat Komitəsi tərəfindən hazırlanıb. Bu, vətəndaşların ildə iki dəfə vaxtın dəyişməsi nəticəsində sağlamlıq vəziyyətləri ilə bağlı narahatlıqlarını ifadə etdikləri təşəbbüslərinə və ərizələrinə reaksiya olub. Buna görə də, qətnamə layihəsində keçidin ləğv edilməsinə çağırış yer alıb.
Qeyd edək ki, tarixdə ilk dəfə yay vaxtına keçid 1908-ci ildə Böyük Britaniyada həyata keçirilib. Bu, elektrik enerjisinə qənaət məqsədilə atılmış addım olub. İndi isə yay vaxtına keçid dünyanın 100-dən çox ölkəsində mövcuddur. (virtualaz.org)
Digər xəbərlər
loading...