Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.
MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq.
Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.
Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.
Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.
Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" layihələri çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacağını bəyan edib. Layihəyə əsasən, dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb.
Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...