İtaliyanın Genuya şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi və Genuyadakı fəxri konsulluğunun birgə təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestsellerinin eyni adlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib
MilliYol.Az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Genuya şəhərində akkreditə olunmuş diplomatik korpus və fəxri konsulluqların təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta filmin süjet xətti və əhəmiyyətindən bəhs edib, həmçinin əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib.
İtaliyadakı səfirliyimizin əməkdaşı Erkin Heydərli çıxışında nümayiş olunan filmin yalnız sevgi hekayəsi deyil,həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən bəhs etdiyini qeyd edərək, onun Azərbaycan Demokratik Respublikası dövrünün işıqlandırılması baxımından əhəmiyyətini vurğulayıb. Filmin nümayişinin ADR-in yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirən diplomat həmin dövr haqqında məlumat verib.
Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı təbliğat materialları paylanılıb, həmçinin Azərbaycan şərablarından nümunələr təqdim edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...