Misirin hüquq mühafizə orqanları donor orqanlarının alveri ilə məşğul olan həkimlər və vasitəçilər şəbəkəsini aşkar edib
Bu barədə yerli KİV-lər təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, cinayətkarlar vasitəçilərin köməyi ilə pula ehtiyacı olan “donorları” tapır və onları böyrəklərini 25 min (1400 dollar) Misir funtuna satmağa inandırırlar. Cinayətkarlar əməliyyatdan əvvəl onlara 5 min funt (300 dollar) ödəyirlər, qalan məbləği isə ancaq yeni donor tapandan sonra ödəmək mümkün olur. Ona görə də böyrəkləri götürülmüş pasiyentlər özləri yeni donor axtarmağa məcbur edilirlər, əks təqdirdə, onlara qalan məbləğ ödənilmir.
MilliYol.Az
Digər xəbərlər
loading...