Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 626,7 mln. manat təşkil edib
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 263,6 mln. manat və yaxud 13,95% azdır.
2017-ci ilin əvvəlinə nisbətən isə problemli kreditlər 154,1 mln. manat və yaxud 10,46% artıb.
Ötən ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 13,84% təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 15,46%, ötən ilin əvvəlinə isə 8,95% olub.
MilliYol.Az
Digər xəbərlər
loading...