Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilib
“Report” xəbər verir ki, bu barədə baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb.
Sərəncama əsasən, həmçinin həmin müəssisələrdə çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustalar, istehsalat təlimi ustaları, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi təsdiq edilib.
Sənədə görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.
Təhsil Nazirliyinə iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmə tapşırığı verilib.
Bildirilir ki, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Maliyyə nazirlikləri bu qərardan irəli gələn məsələləri həll etməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...