Roman Dobroxotov
“Əl-Cəzirə”
Son bir həftə ərzində Rusiyada keçirilən televiziya şoularında müzakirə olunan əsas mövzu ola biləcək və ya olmayacaq ABŞ sanksiyaları idi. Çox “təmkinli” şou aparıcıları və onlarla eyni dərəcədə duyğulu qonaqlar hər gün israr edirlər ki, onlar həqiqətən, sanksiyaları veclərinə almırlar.
Ağ Ev nəhayət ki, sanksiyalar siyahısında olan rusların adlarını açıqladıqda (“Kreml işi”) sənəd hər kəsin gözünü alnına çıxardı. Bu, Rusiya prezidenti Putinin çevrəsindəki əsas siyasətçilərin və iş adamlarının siyahısı deyildi; bunun əvəzinə, hesabat üçün seçilən 210 ad, güman ki, yetərincə səthi müəyyən edilib.
Hesabata əsasən Vladimir Putinə ən yaxın oliqarxların adlarını yerləşdirmək əvəzinə, “Forbes” jurnalında olduğu kimi (ABŞ Xəzinədarlığının rəsmisi “Forbes”-un hesabatından istifadə etdiyini etiraf edib), siyahıya Rusiyanın ən zəngin insanlarının adları daxil edilib.
Kremlə yaxın olan adamlarla yanaşı, siyahıya (müstəqil KİV-i maliyyələşdirən) Mixail Proxorov, (“Yandex” axtarış mühərrikin təsisçisi) Arkadi Voloz, (hazırda davam edən istintaq ucbatından müsadirə təhlükəsi altında olan Moskvadakı Domodedovo hava limanının sahibi) Dmitri Kamenşik, (Rusiyada iri pərakəndə satış şəbəkəsinin sahibi) Sergey Qalitski və başqaları daxil edilib. Eyni zamanda, "Putinin pul kisəsi" kimi tanınan şəxslər, məsələn, Sergey Roldugin və Pyotr Kolbinin adları bu siyahıda yoxdur.
Hesabatda bürokratların siyahısı da eyni dərəcədə nizamsızdır; siyahıya Prezident Administrasiyası və Nazirlər Kabineti üzvlərinin adları daxil olunub. Bu siyahıda heç bir qubernator və ya federal respublika başçısının adı yoxdur. Halbuki Çeçenistan prezidenti Ramzan Kadırov, şübhəsiz, Uzaq Şərqin inkişaf naziri Aleksandr Qaluşka ilə müqayisədə, (xəcalətlə qeyd edim ki, "Kreml işi”nə qədər Qaluşkanın varlığından heç xəbərim yox idi) sistemdə daha təsirli simadır.
Ancaq daha önəmli olan budur ki, hesabatın adı hallanan insanlara qarşı heç bir rəsmi hərəkət edilməyəcək. ABŞ Xəzinədarlığının katibi Stiven Mnuçin bildirib ki, "müvafiq hərəkətlər" hesabatın daha detallı təsnifatına əsasən icra olunacaq, lakin o, hələ hazır deyil.
Eyni zamanda, Xəzinədarlığın veb-saytında açıq şəkildə deyilir: "Bu hesabata, onun əlavələrinə və ya təsnif əlavəsində konkret fərdlərin və ya təşkilatların daxil edilməsi özü-özlüyündə məhdudiyyətlər, qadağalar və ya ABŞ və xarici şəxslər tərəfindən bu cür şəxslərlə əlaqədar olan məhdudiyyətləri ehtiva edir".
Beləliklə, kimə inanmalıyıq?
“Kreml işi”nin açıqlanması Kremldə və müxalifətdə bərabər dərəcədə hiddət doğurub. Çox qəribədir ki, hər iki tərəf hesabatı eyni məsələlərə görə tənqid edib: siyahıya daxiletmədə meyarların aydın olmaması və siyahıdakı insanlar üçün nəticələrin qeyri-müəyyənliyi. Hesabatın özü elə görünür ki, sanki yanvarın 29-da, səhər yuxudan oyanmış Tramp birdən xatırlayıb: "Lənətə şeytana, hesabatı açıqlamanın son tarixi bu gündür. Rus milyarderlərinin siyahısını haradan əldə edəcəyik?"
Hesabatın açıqlandığı andan onun qəribəliyini izah edən bir sıra nəzəriyyələr ortaya çıxıb. Ən azı ("Atəş və qəzəb" kitabında bir fəslə layiq olan) sui-qəsdçi nəzəriyyəyə görə, Tramp və onun siyasi çevrəsi Konqresin tələb etdiyi siyahının tərtibində maraqlı olmayıb. Onlar rus avtokratiyasının mürəkkəbliklərindən baş çıxaracaq təcrübəyə malik deyillər, buna görə də, minimum tələbata uyğun, mahiyyətə çox varmayan bir hesabat təqdim ediblər.
İkinci nəzəriyyə görə (o bəzi putinçi və bəzi müxalif kospiroloqlara məxsusdur), Tramp Putinlə münasibətlərə zərbə vurmaq istəmir. Əgər belədirsə, məqsədə nail olunub: Rusiya dövlət mediası ABŞ prezidentini tənqid etməkdən yayınır. Putinin ən yaxın dairəsində heç kim birbaşa təhdid altında olmadığından, hesabatın yeganə diplomatik nəticəsi Dövlət Duması deputatlarının Ağ Ev tərəfindən təşkil edilən Milli dua naharına qatılmaqdan imtina etməsidir (onların nümayişkaranə imtinası həqiqətən də, ABŞ-da qeydiyyatdan keçməyib).
Üçüncü nəzəriyyə – və həqiqətən ən konspiroloji – Tramp və ABŞ Konqresi felən "yaxşı polis, pis polis" oyunu oynayır. Tramp, iddia edildiyi kimi, hesabatın açıqlanmayan hissəsini nisbətən günahsız görünən, Putinlə münasibətlərini qoruya bilən şəkildə hazırladıb; lakin hesabatın gizli hissəsində, o, Konqresin tələblərini yerinə yetirib. Bu arada, demokratlar "pis polis" rolunu oynayaraq, onu ictimaiyyətin gözü qarşısında cəzalandırıb.
Beləliklə, indi hər kəs – (əllərini bulaşdırmağa ehtiyacı olmayan) Tramp, (Amerika ictimaiyyətinin gözündə yüksələn) konqresmenlər və hətta (rus seçicilərini ABŞ prezidentinə təsirini davam etdirdiyini sübut edən) Putin üçün yaxşı olan şərait yaranır, çünki sanksiyaların tətbiqi Konqresin öhdəsinə düşür.
Əvvəl-axır, bu nəzəriyyələrdən hansının həqiqətə daha yaxın olduğu vacib deyil, çünki istənilən halda, qərar qəbul etməli olan Konqresdir. Rusiya oliqarxları və bürokratlarının lobbiçiləri bunu bilir, buna görə də, çoxdan öz işlərini davam etdirirdilər.
Ancaq "Rusiya faylı" mürəkkəb ola bilər – bütün lobbiçilər öz fəaliyyətlərini bildirməlidirlər və əgər onları gizlədərsələr, siyasi məsləhətçi və Tramp kampaniyasının sabiq meneceri Pol Manafortun qarşılaşdığı problemlərlə üzləşə bilərlər. Konqresmenlər, həmçinin rus lobbiçiləri ilə əməkdaşlığa dair istənilən şübhəli məqamın araşdırma doğura biləcəyini mütləq şəkildə başa düşürlər.
Konqresin daha bir sanksiya dəstini bir araya gətirmək vəzifəsi heç də sadə deyil. Biz avtoritar rejimlərə sanksiyaların əsl təsiri haqqında çox az şey bilirik. Heç kim, məsələn, hesabatda adları göstərilən bütün 210 adamın sanksiya siyahısına salınması və onların aktivlərinin dondurulmasından sonra nə baş verəcəyini bilmir. Rus iş adamlarının Rusiya prezidentindən məsafə saxlaması kifayət deyil və bu, onlara sistemin dəyişdirilməsinə doğru addımlar atmasının vacibliyinə dair siqnal ola bilər. Ya da onları Putinə daha loyal olmağa məcbur edər, Qərblə əlaqələrini sona çatdırmaq məcburiyyəti qarşısında qoyar.
Sanksiyalar Rusiya iqtisadiyyatını məhv edərsə, nə olacaq? Bu, inqilabı törədəcək və ya əksinə, avtoritarizm güclənər, Rusiyanı başqa bir Türkmənistan və ya Şimali Koreyaya çevirərmi?
Rusiya əhalisi bu sanksiyaları necə qəbul edir: onlar Putinin nüfuzuna zərbə vururlar və ya onu yaxşılaşdırırlar?
Bu an yalnız bir şey aydın görünür: sosial dinamika biliklərimiz rus cəmiyyətinin mürəkkəb orqanizminin dəyişən şərtlərə təpkisini proqnozlaşdırmaq üçün kifayət deyil. Edə biləcəyimiz yeganə iş gözləmək və gözləməkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...