Belə ki, hazırda ölkədə əsasən məhdud həcmdə kartof tuxumu istehsal olunur və heç daxili tələbatı ödəmir
Yeni layihələri Azərbaycanda tərəvəz kartof toxumu istehsal olunurdu. Xaricdən asıllığı minimuma endirmək üçün həm toxumların çeşidlərinin həm də həcminin artırılması nəzərdə tutulur.
Azərbaycanda ilk dəfə olaraq 9 bitki üzrə toxum istehsal ediləcək.
Hazırda fermerlər istixana toxumlarını əsasən Almaniya, Türkiyə, Hollandiya, İsrail və İrandan gətirirlər. Bu isə fermerə çox baha başa gəlir. Məsələn ölkənin təkcə kartof toxumuna olan təlabatı 200 min tona yaxındır. əgər Fermer 1 ha əraziyə kartof əkmək istəsə ona 3 ton toxum lazım gəlir. nəzərə alsaq ki bir çox ölkədən gətirilən toxumlar kiloqramla yox, ədədlə satılır bu onun kifayət qədər baha olmasına gətirib çıxarır. nəticədə fermerlər əsasən öz məhsullarından toxum saxlamağa üstünlük verirlər. bu isə məhsuldarlığı aşağı salır.
Problemin köklü həlli və xaricdən asıllığı azaltmaq məqsədiylə kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikilir. İsrail təcrübəsi əsasında 2016-cı ildən tikintisinə başlanılan müasir kompleks Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərəcək.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazovun sözlərinə görə müassisə 6 aydan sonra istifadəyə veriləcək. Kompleks 6 hektardan çox sahəni əhatə edən istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnotsitka laboratoriyasından ibarət olacaq. Daxili bazarda kartof və tərəvəz toxumlarına təlabat tam ödənildikdən sonra isə məhsul xaricə ixrac olunacaq.
Kənd Təssərrüfatı Nazirliyi kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub. (xezerxeber.az)
Digər xəbərlər
loading...