Sabah Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yem emalı və toxum təmizləmə müəssisəsinin açılışı olacaq
Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.
Bu müəssisə Cocuq Mərcanlı və ətraf kəndlərin sakinlərinə mal-qara üçün yem hazırlamağa kömək edəcək. Müəssisə Cocuq Mərcanlı və ətraf üç kəndin maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan 3100-dən çox sakininin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək.
Qeyd edək ki, 2011-ci ildən ABŞ və Azərbaycan 100 müxtəlif icmada 113 icma infrastruktur layihəsi həyata keçiriblər. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 183 minə yaxın insan faydalana bilir. ABŞ 2003-cü ildən məcburi köçkün uşaqlarına da xidmət edən 16 məktəb tikintisinə və məcburi köçkünlərin yaşadığı icmalarda 3 su layihəsinə 5.5 milyon ABŞ dolları xərcləyib. Bu günə qədər ABŞ hökuməti Azərbaycanda məcburi köçkünlərə yönəlik yardıma 125 milyon dollardan artıq vəsait xərcləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...