“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo bildirib ki, Rusiyanın 2018-ci il aralıq seçkilərə müdaxilə edəcəyini gözləyir. Pompeonun bu sözləri mətbuata düşdüyü gün Tramp administrasiyası Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə cəzalandırılması ilə bağlı Konqresin tapşırığını yerinə yetirməyib”
Bu barədə “The New York Times” qəzetinin redaksiya məqaləsində deyilir. Söhbət 2017-ci ildə qəbul edilmiş “Amerika rəqiblərinə sanksiyalar vasitəsilə qarşıdurmaq” haqqında qanunda nəzərdə tutulan tələblərdən gedir: Rusiyanın müdafiə və kəşfiyyat sahələri ilə işgüzar əlaqələrə malik şirkətlərə sanksiya tətbiq etmək, həmçinin rusiyalı oliqarx və yüksək vəzifəli məmurlar barədə məruzə təqdim etmək.
Lakin yanvarın 29-u son müddət yetişəndə ABŞ Dövlət Departamenti bəyan edib ki, “administrasiya heç bir addım atmayacaq, çünki qanun və sanksiya təhlükəsi dövləti milyard dollarlıq silah müqavilələrini həyata keçirməkdən çəkindirib”. Qəzet məsələni şərh edir: Dövlət Departamenti açıq şəkildə faktları sübut etmədiyinə görə “bizə yalnız güman etmək qalır: belə bir qərar üçün tutarlı əsas olub, yoxsa prezident Tramp həyasızcasına qanunu yerinə yetirməkdən boyun qaçırıb, yenidən konstitutsiya sisteminə saymamazlıq edib?”
“Ola bilsin, prezident nəinki Konqresin burnunu çəkib, həmçinin Trampın seçilməsi istiqamətdə göstərdiyi səyləri dəfələrlə kəşfiyyat idarələri, habelə Pompeo kimi əməkdaşlar tərəfindən təsdiqlənən Rusiya prezidenti Putinə növbəti dəfə şərait yaradıb”, – qəzet yazır.
Nəşr həmçinin qeyd edir: “İdeyaca oliqarxlar haqqında məruzə Putinlə sıx və korrupsiya əlaqələri olan şəxslər barədə ətraflı məlumat verməli idi. Bunun əvəzinə sanksiyalar haqqında qanuna etinasız yanaşan administrasiya 96 rus milyarderinin yer aldığı siyahını dərc edib. Siyahını isə bütünlüklə ötən il “Forbes” jurnalında dərc olunan məqalədəki adlardan tərtib edib. Amma administrasiya adı çəkilən 114 siyasi xadimdən heç birini cəzalandırmayıb”.
Bəzi rus dissidentləri hesab edir ki, korrupsiyanın ifşa edilməsi rusları tərpətməyin və onları siyasi dəyişikliklər tələb etməyə sövq etməyin azsaylı yollarından biridir. Ancaq “The New York Times” siyahıda “fiqurantları təsvir edəcək dəqiq yoxlanmış məlumatların yer almadığını” qeyd edib.
“Yekun vursaq, Amerika demokratiyasını gözardı etməsinə baxmayaraq, Tramp Putini Amerika prezidentindən ehtiyat etməməsi üçün əmin edib”.
MilliYol.Az
Digər xəbərlər
loading...